YUNESKO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilmiş sərgi açılacaq
14.11.2017

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyi ilə birgə almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə sərgi təşkil edəcək.

YUNESKO-nun baş qərargahında açılacaq sərgidə almanların ölkəmizdə mövcud mədəni irsini əks etdirən fotolar, broşürlər və kitablar nümayiş olunacaq.

Azərbaycanda yüz illər boyu bərqərar olmuş tolerantlıq mühiti ölkəmizə pənah gətirmiş alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün münbit zəmin yaradıb.

Ölkəmizə mühacir etmiş almanların tarixi-mədəni irsini Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlayıb.

azertag.az