Bakıda “Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə təşkil olunub
13.10.2017

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən “Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, sərgidə 16-30 yaş arası rəssamlar iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini noyabrın 30-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr və əcnəbilər üçün hazırlıq şöbəsinə təqdim etməlidirlər.

Qalib rəssamların Misirə səyahəti təşkil olunacaq, həmçinin Qahirə şəhərində seçilmiş işlərdən ibarət sərgi açılacaq. Bütün iştirakçılara sertifikat veriləcək.

azertag.az