Azərbaycan payızda turistlərin sayını artırmaq niyyətindədir (YENİLƏNİB)
12.10.2017

Azərbaycan payızda ölkəyə gələn turistlərin sayını artırmaq niyyətindədir.

Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Bakı hər zaman həm yay, həm də qış mövsümündə turistlər arasında populyar yer olub, lakin payızda turist axını bir qədər azalır:

"II Bakı Şopinq Festivalının da əsas işi Azərbaycana payız mövsümündə turist axınının artırılmasıdır. Bildiyiniz kimi, yay mövsümünün yekununa əsasən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Sentyabrda da artım müşahidə olunub, lakin cəmi 8 faiz. Buna görə də biz oktyabr və noyabr aylarında da turistlərin sayını artırmaq istəyirik".

trend.az