Tanınmış modelyer yeni geyim kolleksiyasını təqdim edib
11.10.2017

Tanınmış modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.

 “Sirr -2017” adlı kolleksiyanın çəkilişləri dəniz kənarında aparılıb.

F.Əliyev yeni kolleksiyası haqqında bildirib ki, yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib. Kolleksiyamda payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmağa çalışdım. Çünki qadınlarımızın bu mövsümdə göz oxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istərdim”.

F.Əliyev eyni zamanda qeyd edib ki, bu il payız-qış aylarında göz oxşayan rənglər trend olacaq.

azertag.az