Musiqili Teatr həftəsonu tamaşaçılarını sevindirəcək
11.10.2017

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Sənət ocağının mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, oktyabrın 13, 14 və 15-də müvafiq olaraq “Qafqazlı qardaşqızı”, “Bremen musiqiçiləri və Pen”, “Baladadaşın toy hamamı” “Qırmızıpapaq” və “Bankir adaxlı” tamaşaları təqdim olunacaq.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova və digər sənət adamlarını görə biləcək.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, tamaşaçılar səhnə əsərlərini qeyd edilən tarixlərdə, saat 12.00 və 19.00-da izləyə biləcək.

azertag.az