SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək
10.10.2017

Yaxın günlərdə SOCAR Rumıniyada sayca 39-cu yanacaqdoldurma məntəqəsini (YDM) açacaq.
Bu barədə SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətindən məlumat verilib.
Bu, Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində “SOCAR” brendi altında istifadəyə veriləcək sayca ikinci məntəqədir. YDM-də 3 sayğac quraşdırılıb və bu da 4 kiçik və 2 böyük nəqliyyat vasitəsinin eyni anda benzin və dizel yanacaqları ilə təmin edilməsi deməkdir. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunacaq.
SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsi şəbəkəsi artıq 18 regionu əhatə edir.

report.az