Xurma istehsalçıları üçün logistika mərkəzinin tikintisi yaxında başa çatacaq
22.9.2017

Göyçay rayonunda xurma istehsalçıları üçün logistika mərkəzinin tikintisi yaxın zamanlarda başa çatacaq.

Bunu Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyib.

Onun sözlərinə görə, Göyçay rayonunda xurma emalı fabrikinin tikintisi də davam etdirilir.

O qeyd edib ki, logistika mərkəzinin tikintisinin bu ilin oktyabrın sonunadək başa çatması planlaşdırılır.

trend.az