Beynəlxalq musiqi festivalı çərçivəsində “Lumineux” ansamblının konserti olub
22.9.2017

Sentyabrın 21-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının (BMA) “Lumineux” ansamblının konserti olub.

Konsertdə A.Vivaldi, D.Kehoe, J.Rutter, A.Makor, İ.S.Bax, T.Tallis kimi xarici bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları F.Əmirovun, A.Dadaşovun və V.Mustafazadənin kompozisiyaları səsləndirilib.

Bununla başqa, xüsusi olaraq ansambl üçün işlənmiş həm xarici musiqilər, həm də Azərbaycan xalq mahnıları dinləyicilərin marağına səbəb olub.

azertag.az