Bu il toxuculuq sənayesi 82,1 faiz artıb
21.9.2017

Bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 150 milyon 900 min manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 82,1 faiz, geyim istehsalında 43,5 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 34,8 faiz azalma müşahidə olunub.

azertag.az