2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olundu
21.9.2017

Cənubi Koreyanın Pxönçxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub.

Medallar Olimpiya Oyunlarının İcraiyyə Komitəsinin “Instagram” səhifəsində nümayiş etdirilib.

Medallar Koreyanın milli mədəniyyət motivləri ilə işlənib. Medalların səthində Olimpiya Oyunlarının tarixini simvolizə edən diaqonal xətlər əks olunub.

Qeyd edək ki, Qış Olimpiya Oyunları Pxönçxanda gələn ilin fevralın 9-dan 25-dək keçiriləcək.

trend