Sabaha olan hava proqnozu açıqlanıb
21.9.2017

Sabah, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

report.az