Yeni sayt istifadəyə verildi
21.9.2017

Bakıya gələn turistlər üçün yeni sayt yaradılıb.

Bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Azərbaycanın turizm potensialını özündə əks etdirən http://azerbaijan.travel saytı yaradılıb. Bu saytın əsas izləyiciləri xaricilərdir.

K.Quluzadə bildirib ki, bu günlərdə isə www.salambaku.travel saytı təqdim edilib. Burada Bakının bütün turizm potensialı əks olunacaq, Bakıya gələn turistlər üçün gəzməli-görməli yerlər, xidmətlərin qiymətləri və s. haqqında məlumatlar yerləşdiriləcək.

trend.az