"Bakcell" bəzi tariflərdə dəyişiklik edir
20.9.2017

"Bakcell" MMC bu ilin oktyabrın 1-dən etibarən aşağıda bəzi tariflərdə dəyişiklik edəcək. Bu barədə mobil operatorun yaydığı elanda deyilir.

Məlumata əsasən, "Business 15" tarifində yalnız korporativ abunəçilər üçün şəbəkədaxili (3000 dəqiqə) və şəbəkəxarici (300 dəqiqə) bonuslar bitdikdən sonra 1 dəqiqə/0,08 manat, "Business Freestyle+Ultra" tarifində isə şəbəkədaxili (5000 dəqiqə) və şəbəkəxarici (2000 dəqiqə) bonuslar bitdikdən sonra ölkədaxili zənglərin qiyməti 1 dəqiqə/0,08 manat təşkil edəcək.

Yuxarıda qeyd edilən tariflərdə digər bonuslar dəyişməz qalır.

lent.az