“Nokia 9” smartfonunun ilk şəkilləri ortaya çıxdı
20.9.2017

Şəbəkədə “Nokia 9” flaqman smartfonunun ilk şəkilləri yayılıb.

Actualnews.org saytına istinadən verilən məlumata görə, gözlənilir ki, cihaz yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

İstehsalçı yeni gücü ilə yenidən müasir texnikası ilə dünyanı fəth etməyə çalışır. Bunun üçün şirkət yeniliyi təqdim etməyə hazırlaşır. Belə ki, bu smartfon ikili kamera, minimal çərçivəli displeylə təchiz ediləcək. Smartfon həmçinin istifadəçini göz bəbəyi ilə tanıması funksiyasına malik olacaq.

Yeni cihaz “Android 8.0 Oreo” əməliyyat sistemi ilə idarə olunacaq ki, bu da cihazı alıcılar üçün daha da cəlbedici edəcək.

lent.az