Milli Musiqi Günü münasibəti ilə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
18.9.2017

Milli Musiqi Günü münasibəti ilə mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev , nazir müavini Ədalət Vəliyev və bir sıra incəsənət xadimləri qatılıblar.
Nazir bildirib ki, 1995-ci ildən etibarən prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Ə.Qarayevin sözlərinə görə, Üzeyir Hacibəyli elə şəxsiyyətlərdəndir ki, onun adı Azərbaycan tarixinin səlnaməsindən heç vaxt silinə bilməz: "Onun tarixdə qoyduğu iz heç kəs ilə müqayisə oluna bilməz. Azərbaycan milli mədəni sərvətlərini musiqi dili ilə çatdırmağı bacaran və onu dünyada tanıdan Üzeyir Hacıbəyli musiqisi bu gün bəşəriyyətin ən uca musiqi nümunələri siyahısındadır".

report.az