“Ferrari” yeni "Portofino" modelini təqdim edib
14.9.2017

“Ferrari” İtaliyanın ən gözəl yerlərindən olan Portofinonun adını yeni model avtomobilinə verib.

CNN telekanalına istinadla xəbər verilir ki, yeni modelin ilk nümayişi Frankfurtda keçirilib.

Geniş baqajı, iki arxa oturacaq və sürət özəlliyi ilə seçilən "Ferrari Portofino" insanların böyük marağına səbəb olub və xüsusi görünüşü ilə diqqəti çəkə bilib.

azertag.az