Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək
13.9.2017

Azərbaycanın Polşadakı səfirliyinin konsulluq bölməsi 13 gün işləməyəcək.
Səfirliyin Mətbuat xidmətindən verilən məlumata görə, diplomatik nümayəndəlik sentyabrın 12-dən 25-dək viza müraciətlərini qəbul etməyəcək.
Səfirliyin konsulluq bölməsinin müvəqqəti bağlanmasının dəqiq səbəbi açıqlanmayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, texniki məsələlərlə bağlıdır.
Məlumata görə, viza müraciətlərinin qəbulu sentyabrın 26-dan bərpa ediləcək.

report.az