Naxçıvan əhalisinin gəlirləri artıb
17.8.2017

Naxçıvan Muxtar Respublikası əhalisinin gəlirləri artıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat olub. Eyni zamanda əhalinin hər bir nəfərə düşən gəlirinin məbləği də 0,2 faiz artaraq 2245,6 manat təşkil edib.



report.az