“iPhone 8”in yekun fotoları yayıldı
16.8.2017

Gələn ay “Apple” tərəfindən təqdim olunacağı gözlənilən “iPhone 8” smartfonlarının yekun vəziyyətini əks etdirən fotolar yayılıb.

“Forbes”a istinadən verilən məlumata görə, “iPhone 8” smartfonu 5,8 ölçülü displeyə malikdir. O, “iPhone 7”dən böyük, “iPhone 7 Plus”dan isə kiçikdir.

Smartfonda ikili arxa kamera mövcuddur. Cihaz zahiri baxımdan “Samsung Galaxy S8”ə oxşayır. Smartfondan asanlıqla bir əllə istifadə etmək olur.

lent.az