"Qarabağ" Çempionlar Liqasının bir addımlığında
16.8.2017

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşıb.

Oyun 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Mahir Mədətov görüşün 25-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.


trend.az