Muzeydə “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq konfrans keçiriləcək
8.8.2017

Sentyabrın 28-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Akademiyadan bildiriblər ki, tədbirin təşkilində məqsəd min illik tarixə malik Şirvanşahlar dövlətinin siyasi, iqtisadi, mədəni tarixinə nəzər salmaqdır.

Beynəlxalq konfransda tarix, mədəniyyət, arxeologiya, etnoqrafiya, ədəbiyyat, memarlıq və s. ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.



azertag.az