Binəqədi Mərkəzi Kitabxanasında “Yay qiraəti” davam edir
8.8.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Rayon Mərkəzi Kitabxanasında “Yay qiraəti” layihəsi davam edir.

Kitabxanadan bildirilib ki, hər həftənin cümə günü təşkil olunan tədbirdə rayonun bir sıra məktəblərinin şagirdləri kitabxanada mütaliə etməklə yanaşı, həm də oxuduqları kitabları qaytararaq yeni ədəbiyyat əldə edirlər. Məktəblilər layihə çərçivəsində mütaliə etdiyi kitablar əsasında esse yazacaq, aidiyyəti mövzuda rəsmlər çəkəcəklər.

Layihənin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili və məktəblilər arasında mütaliəni təbliğ etməkdir.


azertag.az