DİM orta təhsil bazasından kolleclərə qəbulun nəticələrini açıqlayıb
8.8.2017

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, nəticələr avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirilib.
Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar" nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.


report.az