Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq
27.7.2017

Azərbaycanda yaxın zamanlarda Kosta-Rika səfirliyi açılacaq.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirliyin açılması avqustun ortalarında gözlənilir.
Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.

report.az