Tanınmış skripkaçı Nəzrin Rəşidova Londonda konsert verəcək
26.7.2017

Tanınmış skripkaçı Nəzrin Rəşidova avqustun 9-da Londonda Müqəddəs Ceyms kilsəsində (St. James's Church) konsert proqramı ilə çıxış edəcək.

Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsinə istinadla xəbər verilir ki, Nəzrin Rəşidova Daniel Qrimvudla (fortepiano) birgə çıxış edəcək. Konsertin proqramına Jozef Yonqen və Pol Levisin əsərləri səsləndiriləcək.

azertag.az