Azərbaycanlı cüdoçu Avropa Olimpiya festivalında medal qazanıb
26.7.2017

Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalına start verilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb. Fransa və Rusiya cüdoçularına qalib gələn V.Kərimova həlledici qarşılaşmada Belçika nümayəndəsi Jente Verstraytenlə görüşüb.
Gərgin mübarizədən Belçika cüdoçusu qalib ayrılıb. Yeniyetmə cüdoçularımızın Olimpiya festivalında mübarizəsi davam edir.

report.az