“Qarabağ” - "Şerif" matçından
26.7.2017

Qarabağ” komandası Moldova "Şerif"i ilə futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0
Baş hakim: Sergey Tsınkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

report.az