“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub
21.7.2017

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.



report.az