Aqrar Universitetin tələbəsi Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb
21.7.2017

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi avropalı tələbələr arasında fərqlənib.

Universitetin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi Leyla Aydınova akademik tələbə mobilliyi proqramı çərçivəsində Macarıstanın Dunayvaroş Universitetində “Erasmus+” proqramına qoşulub və təhsilini uğurla başa vurub.

Leyla Aydınova həmin universitetin tələbələri arasında “İqtisadiyyat” üzrə keçirilən bilik yarışında birinci yeri tutaraq “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb.

azertag.az