Mədəniyyət və İncəsənət Universiteti əməkdaşının beynəlxalq festivalda əsərləri nümayiş olunub
20.7.2017

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Türkiyənin Terkidağ-Şarköy vilayətində keçirilən I Beynəlxalq İncəsənət Festivalı və Rəsm Simpoziumunda iştirak edib.

Universitetdən bildirilib ki, beynəlxalq simpoziumda Vüqar Əliyevin Azərbaycan caz musiqisinin korifeyləri Pərviz Rüstəmbəyov və Əzizə Mustafazadəyə həsr etdiyi əsərləri nümayiş olunub. ADMİU müəlliminin məqsədi Vaqif Mustafazadə sənəti və musiqisini beynəlxalq festivalda tanıtmaq olub.

Simpoziumda dünyanın səkkiz ölkəsindən 16 rəssam iştirak edib. Sonda rəssamların əsərləri sərgilənib və onlar diplomlarla təltif olunublar.

azertag.az