“Qarabağ”-“Şerif” oyununun biletləri satışa çıxır
20.7.2017

Futbol üzrə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Şerif” (Moldova) qarşılaşmasının biletləri satışa çıxır.

Azarkeşlər iyulun 21-də saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ”–“Şerif” matçı iyulun 25-də saat 21:00-da start götürəcək.

azertag.az