“Nar” turistlər üçün “Xoş gəldin” paketini təqdim edib
20.7.2017

“Nar” qiyməti 14 manat təşkil edən “Xoş gəldin” paketi alındığı andan etibarən istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim edir. Bu barədə Şirkətin mətbuat xidmətindən məlumat verilib.
Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.
İstifadə müddəti 30 gün olan “Xoş gəldin” paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya “şəxsi kabinet” xidmətindən istifadə etmək kifayətdir.
Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 mln. istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edir və 6 000-dən artıq baza stansiyasından ibarət olan şəbəkəsi var.


report.az