Azərbaycanlı sənətçi Londonda konsert proqramı ilə çıxış edəcək
20.7.2017

İyulun 21-də və 23-də məşhur azərbaycanlı sənətçi Cavid Təbrizli Londonda “Senator” klub-restoranında konsert proqramı ilə çıxış edəcək.

Britaniyada yaşayan pərəstişkarları ilə görüşəcək C.Təbrizli konsertlərdə öz repertuarından musiqilər ilə yanaşı, Azərbaycan xalq mahnılarını da səsləndirəcək.

azertag.az