Qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor tutur
19.7.2017

Bu il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (121 milyon ABŞ dolları) tutur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul ayı üçün sayında qeyd edilib.

İcmalda göstərilir ki, ikinci yeri qızıl (50,9 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 milyon ABŞ dolları) tutur. Təhlillər göstərir ki, 6 ayda xüsusən də kənd təsərrüfatı və emal məhsullarının ixracında ciddi artım var.

azertag.az