"Qarabağ" səfərdə də qalib gəldi
19.7.2017

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşündə səfərdə Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.

Görüş "Qarabağ" klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 22-ci dəqiqədə ağdamlıların oyunucusu Wilde-Donald Guerrier vurub.

Beləliklə, "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

trend