Bədii gimnastika üzrə Şağan açıq birinciliyi keçirilir
18.7.2017

Bakının Şağan qəsəbəsindəki Olimpiya idman kompleksində "Little Star" bədii gimnastika üzrə açıq birincilik keçirilir.

Yarışda Şağan, Zirə, Zabrat, "Start" klubu, Şirvan, Qusar, Zaqatala və Kürdəmirdən olan 42 idmançı iştirak edir.

Gimnastlar ip, halqa və topla, eləcə də alətsiz hərəkətlər üzrə çıxışlarını nümayiş etdirirlər.

trend