Qərb Universitetinin magistrləri İsveçrə universitetində təcrübə keçirlər
18.7.2017

Qərb Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirir.

Qərb Universitetindən bildirilib ki, proqram çərçivəsində bu ali məktəbin magistrləri İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universitetində beynəlxalq biznes üçün maliyyə istiqaməti üzrə təlimlərə qatılıb, eyni zamanda, beynəlxalq təşkilatlarda təcrübə keçirlər.

Dərslər Qərb Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edəcəklər.



azertag.az