Muzeydə “Musiqi alətləri” adlı kataloq hazırlanır
18.7.2017

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Musiqi alətləri” adlı kataloq hazırlanır.

Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov bildirib ki, kataloqda həm Azərbaycan, həm də digər xalqların milli musiqi alətləri və 250-dək eksponat haqqında ətraflı məlumatlar verilir.

Kataloqda, eyni zamanda, müxtəlif foto şəkillərə və digər materiallara yer ayrılıb.



azertag.az