“Kəpəz” klubu iki futbolçu ilə birillik müqavilə imzalayıb
17.7.2017

Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz” klubu Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.

Kluba istinadla xəbər verilir ki, hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Serqey Çernışev ilə birillik müqavilə bağlanıb.

A.Qasımov hücumçu, S.Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.

azertag.az