Məhşur sərgilər ilk dəfə böyük ekranda Park Cinemada
14.7.2017

British Council Park Cinema ilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən keçirilən Avropa film festivalı layihəsi çərçivəsində 7 ildir əməkdaşlıq edir. Bu il isə British Council-ın təşəbbüsü ilə Park Cinemada yeni layihəyə start verilir.

Bu barədə Park Cinema Flame Towers-da keçirilən incəsənət haqqında böyük ekranda sənədli filmlərə həsr olunan mətbuat konfransında bildirilib.

Park Cinemanın Marketinq üzrə direktoru Musa Axundov deyib: "Məhşur britaniyalı rejissor Fil Qrabskinin sərgi filmləri artıq böyük ekranda göstəriləcək. İncəsənət haqqında sənədli filmlərin böyük ekranda nümayişi ilk dəfə Böyük Britaniyada kerilib. Hazırda bu filmlər Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus, Ukrayna, Azərbaycan və digər ölkələr daxil olmaqla, bütün dünyada böyük rəğbət qazanaraq göstərilir. Bakı sakinləri və qonaqlar üçün bu layihə incəsənətə daha yaxın olmaq şansı yaradır”.

British Council-ın direktoru Elizabet Vayt isə deyib: “Film-sərgilər böyük ekanlar üçün xüsusi yaradılıb. Onlar yüksək görüntü keyfiyyətinə malik olmaqla, dahi rəssamların əsərlərinə sözün əsl mənasında yeni gözlə baxmaq imkanı yaradır. Leonardo da Vinçi, Yan Vemeyer və Vinsent Van Qoqun əsərləri artıq yalnız muzey eksponatı olmaqla kifayyətlənməyəcək. Fil Qrabskinin adı incəsənətə dəyər verənlər üçün yaxşı tanışdır: artıq neçə ildir ki, ard-arda Fil Qrabski TheatreHD dəstəyi ilə unikal layihələrini təqdim edir. Bu cür sərgilərə qatılmaq şansı nəin ki, turistlər üçün, hətta bəzən yerli sakinlər üçün də əlçatmazdır (kilometrələrcə növbə, saatlarla gözləmə və s.)! Odur ki, Fil Qrabskinin olduqca gözəl lentə alınmış, həmçinin ekspert və ən yaxşı bələdçilərin işləri ilə tamamlanmış filmləri - incəsənətlə maraqlananlar üçün əsl hədiyyədir”.

Konfransda, həmçinin, məhşur britaniyalı rejissor Fil Qrabskinin Azərbaycanda incəsənət sevərlər üçün ünvanladığı maraqlı mesaj təqdim olunub.

16 iyuldan hər bazar günü Bakı sakinləri Park Cinema Flame Towers-da dünya sərgilərinə səyahət edə biləcəklər.

Daha ətraflı parkcinema.az saytında tanış ola bilərsiniz.

Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

trend.az