Aktyor Kamran Ağabalayev Türkiyədə daha bir filmə çəkiləcək
14.7.2017

“Tərkedilmiş” filmindəki Çirkin obrazına görə Əskişəhər Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” nominasiyası mükafatının sahibi, tanınmış azərbaycanlı aktyor Kamran Ağabalayev növbəti dəfə Türkiyə istehsalı olan filmdə rol alacaq.

Bu barədə aktyor bildirib ki, “Kardeşim benim 2” adlı ekran əsərində onun tərəf müqabilləri Türkiyənin məşhur aktyorları Burak Özçivit və Murad Boz olacaq.

“Filmin çəkilişləri artıq başlayıb. Rol alacağım səhnələr isə iyulun 16-dan etibarən ekranlaşdırılacaq. Filmin təqdimatının noyabrda olacağı planlaşdırılır”, - deyə K.Ağabalayev söyləyib.

azertag.az