Bakıda Ümumdünya Yoqa Günü qeyd olunacaq
19.6.2017

Bakıda Ümumdünya Yoqa Gününə həsr olunmuş yoqa sessiyası keçiriləcək.
Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sessiya iyunun 21-də İçərişəhərdə Kiçik Qala yaxınlığında baş tutacaq.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi qərara əsasən, 21 iyun tarixi Ümumdünya Yoqa Günü kimi qeyd olunur.

report.az