İyunun 21-i saat 08:24-dən etibarən Azərbaycanda yay fəsli başlayacaq
19.6.2017

Azərbaycanda yay fəslinin başlama vaxtı açıqlanıb.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, 20 mart Bakı vaxtı ilə saat 14.29-dan Azərbaycana qədəm qoyan yaz fəsli 21 iyun saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunacaq.
O bildirib ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 20.28-də gələcək.


report.az