Prezident Cocuq Mərcanlıya səfər edib
16.6.2017

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib.

Prezident İlham Əliyev məsciddə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.

Azərbaycan prezidentinə Qurani-Kərim hədiyyə edilib.


oxu.az