Bu avtobusların hərəkət trayektoriyası dəyişdi
16.6.2017

Bakıda 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyin məqsədi Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etməkdir.
Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.


publika.az