"Expressbank" 2016-cı ili mənfəətlə başa vurub
14.6.2017

"Expressbank" 2016-cı ili mənfəətlə başa vurub.

Bu barədə bankdan məlumat verilib.

Expressbank qanunvericiliyinin tələblərinə uyğun olaraq illik audit hesabatı bankın rəsmi səhifəsi www.expressbank.az saytında dərc edib.

2016-cı ilin yekunlarına görə "Expressbank"ın cəmi aktivləri 286 mln AZN, cəmi kapital 142,4 mln AZN təşkil edir. Hesabata əsasən, bank 2016-cı ili 477 min AZN mənfəətlə başa vurub.

Qeyd etmək lazımdır ki, son 2 il ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq “Fitch Ratings” agentliyi tərəfindən “Expressbank” ASC-in reytinqi dəyişilməz olaraq “B” səviyyəli stabil olaraq qalıb. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.

"Expressbank" müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

trend