Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq
14.6.2017

Azərbaycan xalçaları iyunun 28-dən iyulun 2-dək Gürcüstanda keçiriləcək Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq.
Festival iyunun 28-də Tbilisidə Gürcüstan Xalq və Tətbiqi İncəsənət Muzeyində Azərbaycan Dövlət Xalça Muzeyinin işlərinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək.
İyunun 30-da, eləcə də iyulun 1-2-də festival Axaltsixedəki orta əsrlərə aid Rabati qəsrinin ərazisində davam edəcək.
Festivalda İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.
Yerli və dəvət olunan ustalar məhsullarını təqdim edəcək və xalçaçılıq prosesi və texnikasının müxtəlif mərhələlərini ictimaiyyətə nümayiş etdirəcək. Bundan əlavə, xalçanın toxunması, boyanması, dizayn verilməsi və s. haqqında master-klaslar və tədris proqramları keçiriləcək.



report.az