Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub
12.6.2017

Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Səhnə əsərinin rejissoru Allahverdi Musayev, rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Aybəniz Qurbanovadır. Rollarda Hacı Hacıyev, Yusif Qoca, Səyalı İsmayılova və digərləri çıxış ediblər.

Tamaşanın qəhrəmanı təhsilli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhaddır. O, nadanlığın, cəhalətin, məhdud dünyagörüşün əleyhinə olaraq savadsız insanların gözünü açmaq, elm və maarifi təbliğ etmək istəyir. Bu isə onunla əks mövqedə dayanan əmisi Hacı Səmədağanın xoşuna gəlmir.

Səhnə əsəri teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.


azertag.az