Mahnı Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır
9.6.2017

İyunun 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün İ.Morazovun əsəri əsasında hazırlanmış “Doktor Aybolit” adlı tamaşanın premyerası olacaq.

Mahnı Teatrının təşkilatçılığı ilə nümayiş ediləcək səhnə əsəri xoreoqraf Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.

Bu barədə teatrın direktor müavini İlqar Musayev məlumat verib. Gözlənilməz macarlarla dolu olan səhnə əsərinin janrı ikipərdəli baletdir. Tamaşanın qəhrəmanı bütün növ heyvanları xilas etmək üçün mübarizə aparır.

Tamaşanın premyerasına qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

azertag.az