Cövdət Hacıyevin 100 illik yubileyi münasibətilə konsert olacaq
24.5.2017

Mayın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti Cövdət Hacıyevin 100 illik yubileyinə həsr edilən konsert keçiriləcək.

İdarədən bildirilib ki, C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində təşkil olunacaq konsertdə şagirdlərin ifasında görkəmli bəstəkarın əsərləri səsləndiriləcək. Tədbirdə, həmçinin elm, mədəniyyət və incəsənət xadimləri C.Hacıyevin həyat və yaradıcılığından söhbət açacaqlar. Bəstəkarın həyatının müxtəlif anlarını əks etdirən videoçarx nümayiş olunacaq.

azertag.az